Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Türkiyənin Ədliyyə nazirinin müavini Hasan Yılmaz ölkəmizə rəsmi səfərə gəlib.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.
Bu gün Azərbaycan Respublikasının Baş prokuroru ilə Türkiyəli nazir müavini arasında baş tutan görüş zamanı iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyləri sayəsində ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd olunub.
Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Hasan Yılmaz ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etməsi və səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:41 / 15.09.2023
Kamran Əliyev Türkiyənin Ədliyyə nazirinin müavinini qəbul edib - FOTO
Hazırda oxunan: Kamran Əliyev Türkiyənin Ədliyyə nazirinin müavinini qəbul edib - FOTO
Hazırda oxunan: Kamran Əliyev Türkiyənin Ədliyyə nazirinin müavinini qəbul edib - FOTO
155379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.