Azərbaycanda aparıcı sərgi təşkilatçılarını, sərgi salonları və mərkəzləri, sərgi, yarmarka, konqres və tədbirlər sənayesində fəaliyyət göstərən xidmət şirkətlərini bir araya gətirən Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının (ASTA) üzvlərinin sayı artıb.
Bizim.Media xəbər verir ki, “Admedia” Assosiasiyanın yeni üzvü olub. Bununla da təşkilatın üzv sayı 25-ə çatıb.
Birliyin əsas məqsədi sərgi təşkilatçılarının fəaliyyətinin əlaqələndirilməsinə, onların arasında bilik və təcrübə mübadiləsinin təmin edilməsinə kömək etməkdən ibarətdir.
Qeyd edək ki, “Admedia” reklam agentliyi ölkənin aparıcı reklam şirkətlərindən biridir. “Admedia” sərgilərin və tədbirlərin təşkili, istehsalı, TV-radio reklamları, çöl reklamları, daxili reklamlar, Sosial Media reklamları, kreativ həllər və reklamın birbaşa istehsalı ilə məşğul olaraq 360 dərəcəli xidmət göstərir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:05 / 15.09.2023
Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının üzvlərinin sayı artıb
Hazırda oxunan: Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının üzvlərinin sayı artıb
Hazırda oxunan: Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının üzvlərinin sayı artıb
155315
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.