Yol qəzasında həlak olan hərbçimiz Qovlarda dəfn olundu

Yol qəzasında həlak olan hərbçimiz Qovlarda dəfn olundu

Hazırda oxunan: Yol qəzasında həlak olan hərbçimiz Qovlarda dəfn olundu

155158

Azərbaycan Ordusunun çətin relyefli dağlıq ərazidə baş verən yol qəzası nəticəsində həlak olan hərbi qulluqçusu Nihad Namazov Tovuz rayonunun Qovlar şəhər qəbiristanlığında dəfn olunub.

Bizim.Media xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, hərbçilər, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, N.Namazov iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdı, 18 yaşı var.

Xatırladaq ki, sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu da həlak olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, onların hər birinə şəhidlik statusu veriləcək.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO