Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddində (limiti) dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Populyarlığı günbəgün artan ÇİN AVTOMOBİLLƏRİ – Onların keyfiyyətinə güvənmək OLARMI?
Qərara əsasən, dövlət agentliyinin xidməti minik avtomobillərinin sayı 2-dən 3-ə qaldırılıb.
Bizim.Media