Mənzilini satan şəxslər neçə manat vergi ÖDƏMƏLİDİR? 

Mənzilini satan şəxslər neçə manat vergi ÖDƏMƏLİDİR? 

Hazırda oxunan: Mənzilini satan şəxslər neçə manat vergi ÖDƏMƏLİDİR? 

154390

Fiziki şəxs 3 təqvim ilindən az müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzili satan zaman vergi ödəməlidirmi?

Bizim.Media “Azərtac”a istinadla xəbər verir ki, Dövlət Vergi Xidməti bu məsələyə aydınlıq gətirib.

Bildirilib ki, mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir. Həmçinin fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. 

Bununla yanaşı, fiziki şəxslərin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir.

Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda, yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır. 

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO