Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Cəlilabad rayon prokurorluğu yayıb.
Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin direktoru vəzifəsində işləmiş Camal Bəşirovun 2017-2022-ci illər ərzində tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 33 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cəlilabad rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 06.09.2023
Dövlət vəsaitini mənimsəyən məktəb direktoru haqda CİNAYƏT İŞİ başlandı
Hazırda oxunan: Dövlət vəsaitini mənimsəyən məktəb direktoru haqda CİNAYƏT İŞİ başlandı
Hazırda oxunan: Dövlət vəsaitini mənimsəyən məktəb direktoru haqda CİNAYƏT İŞİ başlandı
153934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.