“Azəriqaz” bayram günü sakinlərin qazını kəsdi

“Azəriqaz” bayram günü sakinlərin qazını kəsdi

Hazırda oxunan: “Azəriqaz” bayram günü sakinlərin qazını kəsdi

15375

Bayram günü Yeni Yasamal Əsəd Əhmədov küçəsi “Şərur” MTK-nın binalarındakı sakinlər qazsız qalıb. “Azərqaz”a dəfələrlə müraciət olunmasına baxmayaraq problem aradan qaldırılmayıb. Dünən axşamdan bəri problemlə heç maraqlanan da olmayıb.

Şikayətlə bağlı “Azərqaz” ASC-nin mətbuar xidmətinin rəhbəri Ceyhun Səfərovla əlaqə saxladıq.

O bildirdi ki, “Qaynar xəttə daxil olan məlumatlar 3 saatdan bir yenilənir. Bu saata kimi paytaxtın hansısa ərazisində qazın olmaması ilə bağlı heç bir şikayət daxil olmayıb”.

O əlavə edib ki, bayram günləri “Azəriqaz”-ın qəza xidməti fəaliyyət göstərir:

" Əgər haradasa qaz xəttində  bərpa işləri  lazım olarsa  vətəndaşlar “104 “ çağrı mərkəzinə zəng etsinlər".

Yasamalda “Şərur” MTK-nın binalarında qazın olmamasından danışan qurum sözçüsü əlavə etdi ki, bu barədə araşdırma aparıb təcili tədbir görülmək üçün göstəriş veriləcək.

Bir saat sonra isə Ceyhun Səfərov məlumat verdi ki, Yeni  Yasamal Əsəd Əhmədov 45 ünvanında “Şərur” MTK-nın binlarında qaz verilməsi problemi yoxdur.

Qazın təziqinin tez-tez dəyişməsi halı qeydə alınır:

“Bununla bağlı bizə bir müraciət daxil olub.  Biz bu müraciəti Bakı Regionlar Qaz İstismarı İdarəsinə yönləndirmişik. Onlar hazırda əraziyə baxış keçirirlər. Adətən təzyiqin tənzimlənməməsi qış aylarında baş verir. İndiki  vaxtda belə halın qeydə alınması səbəbini biz də bilmirik.

Və adətən MTK-da tənzimləyici qurğu düzgün işləməyən bu hallar yaşanır. Buna nəzarəti MTK-ların özləri edirlər. Lakin bayram günlərində əhalinin qazsız qalmamağı üçün əməkdaşlarımızı əraziyə göndərirmişik. Buna nəzarəti MTK-ların özləri edirlər''.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO