Mehriban Əliyevadan Novruz bayramı TƏBRİKİ

Mehriban Əliyevadan Novruz bayramı TƏBRİKİ

Hazırda oxunan: Mehriban Əliyevadan Novruz bayramı TƏBRİKİ

15349

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşım edərək xalqı təbrik edib.

Bizim.Media  təbrik mətnini təqdim edir:

"Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, bol sevincli və xoşbəxt anlar arzulayıram.

Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, etimadınıza, hörmət və diqqətinizə görə çox sağ olun! Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!

Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğma və yaxınlarına səbir versin.Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN".

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO