Dörd rayonda sabah qaz kəsiləcək

Dörd rayonda sabah qaz kəsiləcək

Hazırda oxunan: Dörd rayonda sabah qaz kəsiləcək

152718

Dörd rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bu barədə Bizim.Media-ya “Azəriqaz” İB-dən məlumat verilib. 

Məlumata görə, avqustun 29-u saat 09:00-dan “Ağsu” ölçü qovşağından qidalanan qaz xətlərində təmir-bərpa işlərinin həyata keçirilməsi, saat 10:00-dan “Qəbələ” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərlərinin və “Qarasu Əhali” ölçü qovşağından qidalanan “Qarasu-Abdulabad” yeraltı qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar qaz təchizatı dayandırılacaq. 
Təmir işləri aparılan müddətdə Ağsu, Qəbələ, Hacıqabul və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO