Qubada şəhid ailəsində XOŞ GÜN - FOTO 

Qubada şəhid ailəsində XOŞ GÜN - FOTO 

Hazırda oxunan: Qubada şəhid ailəsində XOŞ GÜN - FOTO 

151785

Qubada şəhid ailəsində əkiz uşaqlar doğuldu.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu xoş olay Qubanın Zərdabi qəsəbəsində yaşayan Vətən Müharibəsi şəhidi Musa Məhəmmədovun valideynləri Bəhram və Rübabə Məhəmmədovların ailəsində baş verib.  

Ailənin əkiz övladı doğulub. Doğulan oğlana şəhid Musanın, qıza isə Alisa adı verilib.  

Bu gün Quba icra hakimiyyətinin məsul şəxsləri və bir qrup ictimaiyyət nümayəndəsi şəhid Musa Məhəmmədovun ailəsinə baş çəkiblər. Quba icra hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən, ,başçının 1-ci müavini Tariyel İbrahimov Məhəmmədovları təbrik edib, körpələrə sağlamlıq arzulayıb.  


Aytəkin Alxaslı,Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO