Şəkidəki ağır qəzada bir ailənin 4 üzvü həlak OLDU - YENİLƏNİB  

Şəkidəki ağır qəzada bir ailənin 4 üzvü həlak OLDU - YENİLƏNİB  

Hazırda oxunan: Şəkidəki ağır qəzada bir ailənin 4 üzvü həlak OLDU - YENİLƏNİB  

151415

Şəkidə dünən baş verən dəhşətli qəzada ata və 3 övladı hadisə yerində ölüb.  
 
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəzada ağır yaralanan ana kliniki ölüm keçirib.

21.00, 18.08.23

Şəki şəhəri istiqamətində hərəkət edən şəhər sakini Nicat Mirzəyevin idarə etdiyi "Mersedes" ağaca çırpılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Köbər Zəyzid kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Qəza zamanı avtomobildə sürücü daxil beş nəfər olub. Sürücü və daha 3 nəfər hadisə yerində ölüb. Birinin vəziyyəti ağır-kritikdir.
Qəzadan sonra hadisə yerinə Təcili Tibbi Yardım cəlb edilib. Meyitlər və yaralılar morqa və Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. FHN xilasediciləri avtomobildə sıxılı qalan üç nəfəri xilas edərək müvafiq olaraq həkim briqadasına təhvil verib. 

İlkin məlumatlara görə, avtomobildə olanların hamısı bir ailənin üzvləridir.  

Hazırda hadisə yerində müvafiq qurumlar araşdırma aparır. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.  






 Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO