Xaçmazda evdə YANĞIN - FOTO  

Xaçmazda evdə YANĞIN - FOTO  

Hazırda oxunan: Xaçmazda evdə YANĞIN - FOTO  

150709

Xaçmazın Qusarçay kəndində yaşayış evində yanğın qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın yaşayış evinin həyətindəki alaçıq talvardan başlayıb. 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz və Xudat Dövlət Yanğınsöndürmə Xidmətinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub.
Alovun yaşayış evinə keçməsinin qarşısı alınıb. İlkin məlumata görə, talvarın 40-50 kvadratmetr sahəsi yanıb. İlkin məlumata görə, yanğına qısa qapanma səbəb olub. Bu ehtimalı FHN-nin müvafiq qurumu araşdıracaq.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO