Çimərlikdə yerləşən restoran CƏRİMƏLƏNDİ 

Çimərlikdə yerləşən restoran CƏRİMƏLƏNDİ 

Hazırda oxunan: Çimərlikdə yerləşən restoran CƏRİMƏLƏNDİ 

150526

Sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. 

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, avqustun 11-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı şəhəri ərazisində və Xəzər dənizinin sahil zolağında keçirdikləri tədbirlər zamanı atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması faktı aşkar olunub. 

Fakta görə, Şıx çimərliyi ərazisində yerləşən restoranlardan birinin barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub. 
Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO