Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ 

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ 

Hazırda oxunan: Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ 

150025

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq avqustun 12-13-nə əlavə qatar reysləri təyin edib. 

Bizim.Media xəbər verir ki, bu barədə QSC-nin məlumatında qeyd edilib. 

Bildirilib ki, əlavə təyin edilən qatarlar hər şənbə, bazar günləri saat 08:25-də Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək. 

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar ənənəvi qrafiklə Bakıdan hər gün saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO