Bu nömrəyə sms göndərməsiniz, CƏRİMƏ GƏLƏCƏK - VİDEO

Bu nömrəyə sms göndərməsiniz, CƏRİMƏ GƏLƏCƏK - VİDEO

Hazırda oxunan: Bu nömrəyə sms göndərməsiniz, CƏRİMƏ GƏLƏCƏK - VİDEO

149736

Parkinqlə bağlı yeniliklər sabahdan qüvvəyə minir.

Bizim.Media xəbər verir ki, yeni qaydalarda avtomobilin dayanmasına və ona görə ödəniləcək məbləğin hansı formada olması da öz əksini tapıb.

Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçiriləcək.

Əvvəlcədən də qeyd olunduğu kimi, ödənişlər mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə ediləcək. Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılacaq.

Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər.

Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də "Nəqliyyat Könüllüləri" prosesə cəlb olunacaqlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO