Qaxda 22 yaşlı gənc BIÇAQLANDI  

Qaxda 22 yaşlı gənc BIÇAQLANDI  

Hazırda oxunan: Qaxda 22 yaşlı gənc BIÇAQLANDI  

148892

Qaxda bıçaqlanma hadisəsi baş verib. Rayonun Lələli kəndində iki nəfər arasında baş verən mübahisə sonradan onlardan birinin bıçaqlanması ilə nəticələnib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lələli kənd sakini, 22 yaşlı Orxan Qəhrəmanov gecə saatlarında döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş daxilə nüfuz edən xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Müayinə zamanı Orxanın bıçaqla vurulduğu məlum olub. Ona ilkin tibbi yardım göstərilib və əməliyyat olunaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər 22 yaşlı gəncin vəziyyətinin orta-ağır olduğunu bildirir. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb. Orxanın hansı şəraitdə və kim yaxud kimlər tərəfindən bıçaqlanması istiqamətində tədqiqat aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO