Bülbülə qəsəbəsində bıçaqlanma: 1 ölü, 2 yaralı var

Bülbülə qəsəbəsində bıçaqlanma: 1 ölü, 2 yaralı var

Hazırda oxunan: Bülbülə qəsəbəsində bıçaqlanma: 1 ölü, 2 yaralı var

148593

İyulun 29-da saat 23:00 radələrində 1 nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, 2 nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Suraxanı rayon prokurorluğu yayıb.
İlkin araşdırma zamanı  paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evlərdən birində qısqanclıq zəminində  yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Şahin Əhmədov, 1997-ci il təvəllüdlü İmamverdi Quluzadə və 1998-ci il tarixli Bəkir Qurbanovun bıçaq xəsarətləri alması, sonuncunun həmin xəsarətlər səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

İmamverdi Quluzadə və Şahin Əhmədovun müalicəsi hazırda xəstəxanada davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO