Bayağı musiqi və telefon oyunlarının uşaq psixologiyasına DAĞIDICI TƏSİRLƏRİ

Bayağı musiqi və telefon oyunlarının uşaq psixologiyasına DAĞIDICI TƏSİRLƏRİ

Hazırda oxunan: Bayağı musiqi və telefon oyunlarının uşaq psixologiyasına DAĞIDICI TƏSİRLƏRİ

147925

Son illər texnologiyadan istifadə yaşı xeyli azalıb. Artıq gündəlik həyatımızda yeriməyi, danışmağı öyrənməyən uşaqların smartfondan istifadə etməsi adi hal alıb. Köhnə nəslin təəccübünə tuş gələn bu vərdişlər az qala kütləviləşib. Demək olar hər bir uşağın əlində telefon var və onların əksəriyyəti mobil oyunlara aludə olublar. 

Görəsən valideynlər bu cür musiqi və oyunların uşaqların psixologiyasına hansı formada təsir etdiyindən xəbərdardır? 

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən psixoloq Elmir Əkbər bildirir ki, musiqi dinləmək faydalı olsa da, musiqilərın uşağın formalaşmasına təsiri böyükdür. 

“Musiqinin insan psixologiyasına təsiri çox böyükdür. Ona görə də mütləq şəkildə keyfiyyətli musiqiləri dinləmək, uşaqlara dinlətmək lazımdır ki, onların inkişafına , psixikasına mənfi təsir etməsin.

Hətta belə tövsiyə olunur ki, hamilə qadınlar klassik musiqiyə qulaq asmalıdır ki, bu da ana bətnində olan uşağa müsbət təsir göstərir. 

Ölkəmizdə ən çox dinlənən estrada musiqisidir ki, onun da keyfiyyətli olanını dinləmək lazımdır. Dahi həkim İbrahim bəy Topçubaşov ən ağır cərrahiyyə əməliyyatlarını Flora Kərimovanın musiqiləri ilə həyata keçirirdi”.

Psixoloq qeyd edir ki musiqilərdə bəzən insan şüuraltına mənfi  təsir edəcək səslər ola bilər:

“Klassik, akademik musiqilərdə insanların şüuraltına təsir edə biləcək səslər yerləşdirmək olmur. Amma  indi çıxan hansı ki zövqsüz, musiqi harmoniyası qurulmayan musiqilərdə əlavə səslər yerləşdirilir. 17 hersdən aşağı olan dalğalar insanın şüuraltı vasitəsilə ruh halına təsir göstərir.

Psixoloqların apardığı araşdırmaya görə bu tip musiqilər insanı aqresivləşdirir, bəziləri isə süstləşdirib iradəsini əlindən alır. Ona görə də bu gün gündəmi zəbt edən musiqilərə asanlıqla infrosəs yükləyib insanların psixologiyasına təsir etmək mümkündür.” 

E. Əkbər telefon oyunlarının son dövrlər yeniyetmələr arasında artan sosial və psixoloji problemlərə səbəb olduğunu da diqqətə çatdırıb:

“İnternet oyunları uşaqların psixologiyasına çox pis təsir edir. Məsələn diqqət etsək, görərik ki, son illər oyunlar dəbə girəndən sonra nə qədər aqressiya yaranıb. Nəticədə intiharlar, evdən qaçmalar artıb və bu kimi aqressiv hallar çoxalıb. Valideynlər isə iş-işdən keçəndən sonra psixoloqa müraciət edirlər”.

Psixoloq Fuad Əsədovun sözlərinə görə isə yeniyetmələrin və daha azyaşlı məktəblilərin əksəriyyəti kriminal mahiyyətli, narkotiki təbliğ edən musiqilərə, aqressiyaya meyl edirlər: 

“Ümumiyyətlə musiqi və oyunlar nəinki uşaq psixologiyasina , bütün insanlara mənfi və ya müsbət  təsir göstərə bilir. Diqqət yetirmək lazımdır ki, uşaqlar hansı musiqilərə qulaq asır və onlardan nə öyrənirlər. Musiqi bir ideologiyanın beyinə yeridilməsi üçün də effektiv vasitədir. Bu cür musiqilərdən sonra o cür şeylərə meyl edib, elə həyat tərzinə yönələnlər az deyil. 

Valideynlər diqqətli olmalıdırlar ki ,uşaqların qulaq asdığı mahnılar ritm cəhətdən, təbliğ etdiyi fikir və sözlər baxımından hansı səviyyədədir. Yaxşı olar ki, uşaqlar klassik musiqilər dinləsinlər”. 

F.Əsədov həmçinin valideynlərin uşaqların telefon oyunlarına ayırdığı vaxta nəzarət etməsinin önəmini də qeyd edib:

“Oyunlar uşaqların fəaliyyətinin əsas aspektidir və bu baxımdan çox önəmlidir. Uşaqları oyundan tamamilə ayırmaq olmaz, onlar bununla həyatı, özlərini kəşf edir. Ancaq real fiziki oyunlar aqressiyanı azaltsa da, kompüter oyunları əksinə, qəzəb yaradır.

Bəzi oyunların, məsələn qorxu motivli oyunların uşaqların psixologiyasına təsir etməsinə imkan verilməməlidirlər. Xüsusən də bir zamanlar geniş yayılmış “mavi balina” tipli oyunlar bu kateqoriyaya aiddir.” 
Psixoloq ən yaxşı metod kimi, əvvəlcə valideynlərin özlərinin həmin oyunları oynayıb sınaqdan keçirməsini tövsiyə edib.

Röyanə Oğuz, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO