Xətai rayonundakı yanğın nəzarətə götürülüb - YENİLƏNİB- FOTO/VİDEO  

Xətai rayonundakı yanğın nəzarətə götürülüb - YENİLƏNİB- FOTO/VİDEO  

Hazırda oxunan: Xətai rayonundakı yanğın nəzarətə götürülüb - YENİLƏNİB- FOTO/VİDEO  

147810

Paytaxtın Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə baş verən yanğın həyata keçirilmiş operativ tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq, qısa müddətdə tam nəzarətə götürülüb, ətraf ərazilər üçün hər hansı təhlükə yoxdur. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

22.18

Bakı şəhəri, Xətai rayonunda qamışlıq sahəsində yanğın olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub. 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. 

"Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - deyə qeyd olunub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO