Cəlilabadda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Kövüzbulaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2020-ci il təvəllüdlü Ə. Abbaslını elektrik cərəyanı vurub. Azyaşlı bədəninin müxtəlif nahiyələrindən dərin yanıqlar alıb. O, rayon xəstəxanasına çatdırılaraq, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Elşən Feyzullayev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:38 / 23.07.2023
Cəlilabadda 3 yaşlı uşağı “tok” vurdu
Hazırda oxunan: Cəlilabadda 3 yaşlı uşağı “tok” vurdu
Hazırda oxunan: Cəlilabadda 3 yaşlı uşağı “tok” vurdu
147609
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.