Qəbələdə sürücü avtomobili divara çırpıb

Qəbələdə sürücü avtomobili divara çırpıb

Hazırda oxunan: Qəbələdə sürücü avtomobili divara çırpıb

147527

Axşam saatlarında Qəbələdə avtomobildə sürət həddini aşan sürücü idarəetməni itirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi şəhər ərazisində qeydə alınıb.  

Belə ki, Qəbələ sakini, 20 yaşlı Elmar Abdullayev idarə etdiyi "VAZ 21011" markalı avtomobildə sürət həddini aşdığından idarəetməni itirib. Bu zaman o, avtomobili yaxınlıqdakı divara çırpıb.

Qəza nəticəsində gənc oğlan müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə Təcili Tibbi Yardım cəlb edilib.  

Daha sonra Elmar Abdullayev Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilməklə yanaşı müayinələrdən də keçirilib. Həkimlər sürücünün vəziyyətinin orta-ağır olduğunu bildirir.  
Baş verən yol-nəqliyyat hadisəsi müvafiq orqanlar tərəfindən araşdırılır.  

Tural Rasim oğlu, Bizizm.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO