Motosikleti mersedesə dəyişməyən Danaçı sakinlərindən reportaj - FOTO

Motosikleti mersedesə dəyişməyən Danaçı sakinlərindən reportaj - FOTO

Hazırda oxunan: Motosikleti mersedesə dəyişməyən Danaçı sakinlərindən reportaj - FOTO

147481

Bu kəndin bütün infrasturukturu öz yerindədir. Kəndin bənzəri olmayan bir özəlliyi də var ki, bu gün bu barədə danışacağıq. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatalanın Danaçı kənd sakinlərinin əsas gəlir mənbəyi kənd təsərrüfatı, fındıq, bostan-tərəvəz məhsullarıdır. Kənddə maldarlıqla məşğul olanlar da az deyil. Keçmişdə bu kənddə hər qapıda ən azı bir at arabası olurdusa bu gün bu qoşqu vasitəsini və motosiklet və  velosiped əvəzləyir.  

Sakinlər kənd daxilində bütün işlərini bu nəqliyyat vasitəsi ilə həyata keçirir. Bu isə ucuz və keyfiyyətli iş deməkdir. Şəhərin qaynar nəqliyyat sıxlığından sonra Danaçı küçələrini dolaşakən qarşılaşdığımız mənzərəyə heyran qalmaya bilmirsən. Hər tərəf bu iki nəqliyyat vasitəsi ilə doludur.  

Danaçının daxili yolları. 

Kəndə daxil olanda maraqlı mənzərə ilə qarşılaşırsan. Nəqliyyat vasitələri bir ya iki gözə dəyirsə hər küçə və döngələrdə, qapıların qarşısında ya velosiped ya da motosiklet görərsən. İlin istənilən fəslində bu kənddə bu iki nəqliyyat vasitəsindən daha çox istifadə olunur.  

Bəs bilirsiz Danaçıda nə qədər motosiklet və velosiped var?

Kəndin sakinləri nəqliyyat vasitəsi və təsərrüfatlarda daha çox motosikletlərdən eləcə də velosipedlərdən istifadə edir. Kənddə iki minə yaxın motosiklet və bir o qədər velosiped var. Minik maşını isə saya gələcək qədər azdır. 

75 yaşlı sakindən dərs.  

Elə kəndin girişində qarşımıza ilk çıxan, motosikletlə işə gedən ağsaqqala yaxınlaşırıq. 75 yaşlı Abdulxalıq Mustafayev kənddə dil-ədəbiyyat müəllimi işləyib. Təqaüddə çıxandan motosikletddən  istifadə edir və bağ-bostanla məşğuldur.  

“10-15 il öncə biz müəyyən daşqalardan, at arabalarından istifadə edirdik. Amma bunlar bizə əl vermirdi. Burada ot məsələsi problemdi, baha başa gəlir. Ona görə də insanlar, kənd əhalisi qərara aldılar ki, istər motosiklet, istərsə velosiped alıb ondan qoşqu kimi istifadə etsinlər” deyən həmsöhbətim onu da sözlərinə əlavə edir ki, onun həyətində velosiped də var.  

Bizim qapıda hərəyə bir motosiklet var. Bu fikirlər isə digər kənd sakini Nuxov İsayevə məxsusdur. Belə ki, onun motoskletinin ən azı 50 yaşı var. İki oğlunun da ayrıca motosikleti var ki, onlar isə təzə modellərdir. Nuxov kişi sözlərinə onu da əlavə edir ki, o, 10 yaşından motosiklet idarə edir və ailənin əsas gəlir mənbəyi də bu texnikadır.  

Evlərdə köhnə model olan, işləməyən, sıradan çıxan onlarla motosiklet var. Yeri gələndə onların hissələrindən kiməsə yarayanı olur və sakinlər mübadilə etməkdə heç vaxt simiclik etmir. Kənddə ən çox motosikleti olan ailələrdən biri də Mahmudovlardır. Bu barədə bizə ailənin gənc üzvü Fərid danışır.
“Evimizdə beş ədəd motosikletimiz var bizim, qardaşlarım da istifadə edir, mən də istifadə edirəm. Çox gözəl texnikadır. Əsl kənd işi görməkdən ötrü hazırlanmış bir texnikadır. Bütün hər bir işi bununla görürük. Çöl işidi, kəndin daxilində getmək lazım olan yerlərə , ot gətirməyə, bütün işlərə yarayır”  

Bizdə istehsal olunsa. 

Sakinlərlə söhbətdən o da məlum oldu ki, bu nəqliyyat vasitəsi Rusiyada istehsal olunduğundan onun yenisinin gətirilməsi bir qədər çətinləşib. Ona görə köhnələrini təmir etmək məcburiyyətində qalırlar. Əgər ölkədə onun istehsalı həyata keçirilsə, satışı təşkil olunarsa sakinlər yenisini alar və bütün işlərini daha rahat həyata keçirmiş olarlar. Digər tərəfdən qonşu kəndlərin də sakinləri bu nəqliyyat vasitəsinə maraq göstərir. Lakin ala bilmir. Sakinlər əmindir ki, gec-tez motosikletlərin istehsalı həyata keçiriləcək və kəndlilərin ən yaxın dostu, köməkçisi olan bu motosikletləri yeniləyəcəklər.  



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO