Bazar günü 40 dərəcə isti OLACAQ - PROQNOZ 

Bazar günü 40 dərəcə isti OLACAQ - PROQNOZ 

Hazırda oxunan: Bazar günü 40 dərəcə isti OLACAQ - PROQNOZ 

147476

İyulun 23-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı, 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 35-45% olacaq. 
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO