“Dövlət Məşğulluq Agentliyi olaraq 2021-ci ildən başlayaraq bizim məşğulluq qanunvericiliyinə dövlət-özəl tərəfdaşlığı modelini gətirdik və bundan sonra eyni anda 70-dən çox özəl peşə hazırlığı tədris-təlim mərkəzləri ilə əməkdaşlıq imkanı yaratmışıq. Bu isə son nəticədə peşə hazırlığı potensialımızı bu il təxminən 12 000–dən çox işsiz və iş axtaranımızı müasir peşələr yiyələnməsinə nail olmağı hədəfləmişik”.
Bu fikirləri Gəncəyə səfər zamanı Bizim.Media-nın yerli bürosuna danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli söyləyib.
Onun sözlərinə görə bazarda peşə təhsilli mütəxəssislərə ehtiyac artmaqdadır:
“Biz dünya təcrübəsinə də baxanda görürük ki, əmək bazarının yarısından çoxu artıq ali təhsillilərdən deyil, peşə təhsillilərdən ibarətdir. Azərbaycan əmək bazarında da peşə təhsilli mütəxəssislərə ehtiyac var. Bu gün Azərbaycanda Peşə təhsil məktəbləri var ki, onlar Elm və Təhsil Nazirliyinin nəznində fəaliyyət göstərir. Eyni zamanda, bizim agentliyin nəznində Peşə Tədris mərkəzləri vardır ki, burada əmək bazarının tələblərinə uyğun ixtisaslar araşdırılır və bu üzrə peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçirilir. Biz bu mərkəzlərdə ən innovativ və müasir peşələri tədris etməklə işsiz və iş axtaranlar üçün əmək bazarına peşəkar kimi daxil olmağa şərait yaradırıq” deyə M. Abbasbəyli əlavə edib.
Məqsəd Rəhimov, Bizim. Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:40 / 20.07.2023
Mustafa Abbasbəyli: “Bu gün peşə təhsilli mütəxəssislərə ehtiyac var”
Hazırda oxunan: Mustafa Abbasbəyli: “Bu gün peşə təhsilli mütəxəssislərə ehtiyac var”
Hazırda oxunan: Mustafa Abbasbəyli: “Bu gün peşə təhsilli mütəxəssislərə ehtiyac var”
147215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.