Məmurlar gəlirlərini niyə bəyan etmirlər – PƏRDƏARXASI SƏBƏBLƏR

Məmurlar gəlirlərini niyə bəyan etmirlər – PƏRDƏARXASI SƏBƏBLƏR

Hazırda oxunan: Məmurlar gəlirlərini niyə bəyan etmirlər – PƏRDƏARXASI SƏBƏBLƏR

14684

Azərbaycanda məmurların və dövlət qulluqçularının gəlirlərinin şəffaf olmaması heç kimə sirr deyil. Büdcə vəsaitləri şəffaf formada xərclənmir, ölkədə korrupsiya və rüşvətxorluq mövcuddur.

Gəlirlər deklarasiya edilmədiyindən pul dövriyyəsinə daxil olan vəsaitlərin həcmini tam olaraq proqnozlaşdırmaq mümkün olmur.

Həmçinin deklarasiya sisteminin işləməməsi qazancların necə və ya hansı yollarla əldə edildiyini müəyyənləşdirməyə imkan vermir. Hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin deyə məmurların gəlir bəyannaməsi verməsi vacib hesab olunur.
 

MÖVZU İLƏ BAĞLI:

BAŞ REDAKTORDAN: Keçmiş məmur - oliqarxların “səfərbərliyi” elan olunsun – “Ya Qarabağ, ya ...”


Əksər ölkələrdə “Gəlir deklarasiyası haqqında” qanun qəbul edilib və bu ölkələrdə vətəndaşlar öz gəlirləri barədə müvafiq qurumları məlumatlandıraraq, vergi ödəyirlər. Postsovet ölkələri ilə yanaşı bu qanun qonşu Gürcüstan və Rusiyada da qəbul olunub.

Qərb ölkələrində isə artıq gəlir deklarasiyası “online” şəkildə həyata keçirilir. Azərbaycanda isə vətəndaşlar gəlirlərinin deklarasiya etməkdə maraqlı deyil və bu sahədə qanun da qəbul edilməyib.

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında belə bir deklarasiyaların təqdim olunması ilə bağlı qanunun 20 ilə yaxındır mövcud olduğunu bildirib:

“Belə bir qanun olsa da, sadəcə tətbiqi təxirə salınıb. İlk növbədə məmurların, dövlət qulluqçularının deklarasiya verməsi vacibdir və dərhal qüvvəyə minməlidir. Bütün inkişaf etmiş ölkələrdə, eləcə də Gürcüstan və Rusiya kimi dövlətlərdə əhali deklarasiya verir.

Azərbaycanda da bu, ona görə lazımdır ki, məmurlar çox vaxt  korrupsiya yolu ilə qazandıqları əmlaklarını öz adlarına deyil, uzaq qohumlarının, heç bir vəzifəsi və işi olmayan şəxslərin adlarına rəsmiləşdirirlər. Həmin məmurlar da cinayət məsuliyyətinə cəlb olunarkən məlum olur ki, onların heç bir əmlakı yoxdur və dilənçi günündədirlər.

Bu baş verməsin deyə, Azərbaycan reallığını nəzərə alaraq bütün əhali üçün deklarasiya təqim olunmasını vacib hesab edirəm. O zaman bilinəcək ki, Azərbaycanda kasıb, orta və varlı həddə yaşayanların sayı nə qədərdir. Bu barədə statustuka yoxdur. Çünki gəlir deklarasiyası yoxdur”.

 

Vəkilin sözlərinə görə hər il bütün ölkələrdə deklarasiya aparılır. Minimal qazancı olan şəxslərə  - pulsuz hüquqi yardım, hansısa maliyyə vəzifələrindən azad olunma, sosial müavinətlərin verilməsi kimi müəyyən üstünlüklər verilir:


“Azərbaycanda da istər məmur və dövlət qulluqçularının, istərsə də əhalinin gəlir deklarasiyası prosesi aparılmalıdır. Bu zaman dövriyyyə buraxılan bütün vəsaitlərin şəffaflığı təmin olunacaq”.

Qeyd edək ki, Azərbaycanda 2005-ci ildə “Gəlir deklarasiyası haqqında” Qanun Milli Məclisdə qəbul edilib.

Həmin qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməlidirlər və vergi ödəməlidirlər.

Qanunun qəbulundan sonra prezident bəyannamə formasının hazırlanması ilə bağlı Nazirlər Kabinetinə üç ay vaxt verib. Amma bu müddətin bitməsindən aylar keçsə də, bu qurum həmin formanı hazırlayıb ortalığa çıxarmayıb. Qanunun tətbiq edilməməsini də bəyannamə formasının hazır olmaması ilə izah edirlər.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO