Azərbaycan banklarında inkasator təftişi

Azərbaycan banklarında inkasator təftişi

Hazırda oxunan: Azərbaycan banklarında inkasator təftişi

146381

Azərbaycandakı əksər banklar inkasator fəaliyyətini yerinə yetirən şəxslərin təftişinə qərar verib. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, banklar mümkün təhlükə və soyğundan qorunmaq üçün pullarını əmanət etdikləri şəxslərin sosial və əmlak durumunu araşdırmaq qərarına gəlib. Məqsəd bank borcu olan, maddi-sosial baxımdan ciddi problem yaşayan inkasatorları müəyyən etmək, bu qəbildən olan şəxslərin fəaliyyətinə xitam verməkdir. Belə ki, bank rəhbərliyi və mütəxəssislər hesab edir ki, bank pulları üçün ən böyük təhlükəni məhz ciddi maliyyə poblemi yaşayan inkasatorlar təşkil edir. Belə ki, pula ciddi mənada ehtiyacı olan bu şəxslərin bank pullarını qarət etmək ehtimalı yüksək qiymətləndirilir.

Məlumat üçün qeyd edək ki, inkasatorların maddi vəziyyətinin təftişi təcrübəsi Qərb ölkələrində çoxdan mövcuddur. Bank pullarının bir neçə dəfə bu pulların qorunmasına cavabdeh olan inkasatorlar tərəfindən qarət edilməsi gerçəyi Qərbdə məlum praktikanın yaranmasına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO