Son üç ildə 1321 nəfərə elmi dərəcə VERİLİB

Son üç ildə 1321 nəfərə elmi dərəcə VERİLİB

Hazırda oxunan: Son üç ildə 1321 nəfərə elmi dərəcə VERİLİB

146305

2020-2023-cü illərdə (30 iyunadək) elmi dərəcələr və elmi adlar verilmiş, yaxud verilməsindən imtina edilmiş, xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi ad haqqında sənədin tanınması və ya tanınmasından imtina edilən iddiaçıların sayı açıqlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından Bizim.Media-ya bildirilib ki, 2020-2023-cü illərdə (30 iyunadək) ərzində 1117 nəfərə fəlsəfə doktoru, 204 nəfərə elmlər doktoru dərəcəsi verilib.

Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 545 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 61 nəfərə imtina cavabı gəlib.

Həmçinin 435 nəfərə dosent, 79 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 87 iddiaçıya, professor elmi adı almaq istəyən 24 iddiaçıya imtina cavabı verilib.

Nostrifikasiya və təkrar attestasiyadan keçən 89 nəfərə fəlsəfə doktoru, 9 nəfərə elmlər doktoru, 1 nəfərə dosent, 2 nəfərə professor adı verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 26 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə imtina verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO