Göyçayda asfalt örtüyü təmir EDİLDİ - FOTO

Göyçayda asfalt örtüyü təmir EDİLDİ - FOTO

Hazırda oxunan: Göyçayda asfalt örtüyü təmir EDİLDİ - FOTO

145697

Göyçay şəhəri ərazisində abadlıq və təmizlik işləri aparılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, son aylar Göyçay rayonu ərazisində abadlıq işləri çərçivəsində küçələrin işıqlandırılması yaşıllıqların artırılması, suvarma arxlarının qazılması, avtomobil və piyada yollarının qaydaya salınması istiqamətində əsaslı işlər aparılıb.

Şəhərin Heydər Əliyev prospektində və Rəsul Rza küçəsində avtomobillərin rahat gediş-gəlişinin təmin olunması üçün yolun dağılmış hissələrinə asfalt örtüyü çəkilərək cari təmir işləri aparılıb.

Həmçinin şəhərin Nizami küçəsində yararsız vəziyyətdə olan elektrik dirəkləri yenilənib.

Görülən işlərlə yanaşı A.Faruq, 20 Yanvar və İ.Göyçaylı küçələrindən keçən su bərələri lil və çöküntülərdən təmizlənərək qaydaya salınıb. Hazırda bu istiqamətdə zəruri işlər davam etdirilir.








Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO