Gəncəlilərə ŞAD XƏBƏR: Müasir tibbi laboratoriya fəaliyyətə BAŞLADI - FOTO 

Gəncəlilərə ŞAD XƏBƏR: Müasir tibbi laboratoriya fəaliyyətə BAŞLADI - FOTO 

Hazırda oxunan: Gəncəlilərə ŞAD XƏBƏR: Müasir tibbi laboratoriya fəaliyyətə BAŞLADI - FOTO 

145596

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Akademik Z.Məmmədov adına xəstəxanada laboratoriya şöbəsi yenidən qurularaq istifadəyə verilib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov verib.


Onun sözlərinə görə, fasiləsiz olaraq 7/24 saat rejimində müxtəlif sahələrdə xidmət göstərən laboratoriya bütün müasir zəruri resurslarla təchiz olunub, beynəlxalq standartlara uyğundur.


“Laboratoriyada qanla bağlı müxtəlif təyinatlı yoxlamaların təyini, biokimyəvi, hormonal analizlər ixtisaslı kadrlar tərəfindən aparılır. Verilən əksər analiz nümunəsi üzrə cavab elə həmin gün, 2-3 saat ərzində məlum olur.

Şöbədə ümumilikdə, 150-ə yaxın laborator parametrlərə baxmaq mümkündür” deyə İlkin İsmayılov əlavə edib. 

Məlumat üçün bildirək ki, Z. Məmmədov adına xəstəxanasında təcili yardım şöbəsi, poliklinika və cərrahiyyə, reanimasiya və laboratoriya şöbələri tam təmir olunduqdan sonra müasir avadanlıqlarla təchiz olunub və yenidən qurularaq əhalinin istifadəsinə verilib.  





Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO