Sabahdan müəllimlərin işə qəbulu imtahanının test mərhələsi başlayır - VİDEO

Sabahdan müəllimlərin işə qəbulu imtahanının test mərhələsi başlayır - VİDEO

Hazırda oxunan: Sabahdan müəllimlərin işə qəbulu imtahanının test mərhələsi başlayır - VİDEO

145549

Sabahdan etibarən ölkə üzrə müəllimlərin işə qəbulu imtahanının test mərhələsi başlayır.

Bizim.Media xəbər verir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları iyulun 11-dən 15-dək 13 şəhərdə təşkil olunmuş 29 imtahan mərkəzində keçiriləcək.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib ki, müsabiqəyə 9 mindən çox vakant yer çıxarılıb.

Nurlan İsmayılbəyli həmçinin qeyd edib ki, namizəd müəllimlər Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonu ərazisinə üstünlük verirlər.

Uğur qazandıqdan sonra müəllim olmaqdan imtina edənlərə müsabiqədə nə qədər bal toplamasına baxmayaraq, həmin tədris ilində növbəti vakant yer təyinatına imkan yaradılmayacaq.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə imtahanın vaxtı 120 dəqiqədən 150 dəqiqəyədək artırılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO