Azərbaycan qadını üçün ailə, yoxsa iş həyatı daha vacibdir? – SORĞU

Azərbaycan qadını üçün ailə, yoxsa iş həyatı daha vacibdir? – SORĞU

Hazırda oxunan: Azərbaycan qadını üçün ailə, yoxsa iş həyatı daha vacibdir? – SORĞU

144676

Ölkəmizdə yaşayan qadınların cəmi 4,6%-i iş həyatı və ictimai həyatı daha vacib sayırlar.

Bizim.Media xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu nəticəsində bu qənaətə gəlinib.

Mərkəzdən bildirilib ki, qadın bioqrafiyasına aid normativ təsəvvürlər həm cəmiyyətin norma və dəyərləri, həm də sosial strukturun aktual imkan və tələblərindən asılı olaraq daim dəyişir:

“Bir qayda olaraq, müxtəlif təsəvvürlər eyni zamanda mövcud olmaqla, bir növ bir-birilə mübarizədə olur. Çox zaman üstün olan təsəvvürlər cəmiyyətdə hakim “gender müqaviləsi” ilə uzlaşsa da, bəzən ona uyğunsuz və ya zidd də ola bilər. Sosial Tədqiqatlar Mərkəzinin bu təzadlı fikirlərin miqyasını öyrənmək üçün sorğu keçirib. Respondentlərə üç sual ünvanlanıb: 1) qadınların əsas işi ailə və uşaqlara baxmaqdır; 2) qadınlar iş həyatında və ictimai həyatda iştirak etməlidirlər; 3) qadınlar həm iş həyatı, həm də ailə həyatında fəal olmalıdırlar.

Rəyi soruşulanların 14,3%-i qadınların əsas işinin ailə və uşaqlara baxmaq olduğunu, 4,6%-i qadınların iş həyatında və ictimai həyatda iştirak etməli olduqlarını, 79,7%-i isə onların həm iş həyatı, həm də ailə həyatında fəal olmalı olduqlarını qeyd ediblər.
Verilən cavablarda ciddi gender fərqləri üzə çıxıb. Belə ki, qadınların əsas işinin ailə və uşaqlara baxmaq olduğunu düşünənlər kişilər arasında 20,7%, qadınları arasında isə 8,1%-dir. Onların həm iş, həm də ailə həyatında fəallığının vacibliyini vurğulayanlar isə, əksinə qadınlar arasında daha çoxdur. Qadınların 88,2%-i, kişilərin isə 71,2%-i bu fikirlə razılaşıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO