“TikTok”da qızıl satmaq adı ilə DƏLƏDUZLUQ - FOTO 

“TikTok”da qızıl satmaq adı ilə DƏLƏDUZLUQ - FOTO 

Hazırda oxunan: “TikTok”da qızıl satmaq adı ilə DƏLƏDUZLUQ - FOTO 

142889

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onlayn yolla dələduzluq edən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya bildirilib ki, rayon sakini olan bir qadın polisə müraciət edərək “TikTok”sosial şəbəkəsində qızıl alqı-satqısı adı altında qeydiyyatda olan səhifənin admininə 50 qram qızıl almaq məqsədi ilə 2800 manat pul göndərməsi və daha sonra həmin şəxsin onu aldadaraq pulunu dələduzluqla ələ keçirməsi barədə məlumat verib. 
  
Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb, əhəmiyyət kəsb edən sübutlar aşkar edilib. Keçirilən əməliyyat tədbiri ilə qeyd edilən dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Bağırov müəyyən olunub.
Həmçinin K. Bağırovun Cinayət Məcəlləinin 178.1-ci maddəsi (dələduzluq) ilə axtarışda olduğu da aşkar edilib. O, aidiyyəti üzrə axtarışda olduğu Polis İdarəsinə təhvil verilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO