Xaçmazın Şollar kənd sakini Mövlud Bayramov şəxsi təsərrüfatındakı inəyin hücumuna məruz qalıb.
Bizim.Media-nın şimal bürosu xəbər verir ki, 58 yaşlı kişi dərhal Xudat Ailə-Sağlamlıq Mərkəzinə çatdırılıb.
Bildirilib ki, Mövlud Bayramov səhər tezdən tövlədəki inəyinə yem verərkən heyvan buynuzu ilə sahibinin qarın hissəsinə xəsarət yetirib.
M.Bayramov ilkin tibbi yardımdan sonra təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına aparılıb və travmatologiya şöbəsinə yerləşdirilib.
Xudat Ailə-Sağlamlıq mərkəzindən faktı Bizim.Media-ya təsdiqləyiblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- A-
- A
- A+
Cəmiyyət
09:48 / 23.06.2023
Xaçmazda DƏHŞƏT: İnək sahibini ağır yaraladı
Hazırda oxunan: Xaçmazda DƏHŞƏT: İnək sahibini ağır yaraladı
Hazırda oxunan: Xaçmazda DƏHŞƏT: İnək sahibini ağır yaraladı
142872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.