Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Hazırda oxunan: Sabahın hava PROQNOZU

142170

İyunun 20-nə gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO