Təhsil Nazirliyi də “NAZ”x9d alanların sırasına qoşuldu

Təhsil Nazirliyi də “NAZ”x9d alanların sırasına qoşuldu

Hazırda oxunan: Təhsil Nazirliyi də “NAZ”x9d alanların sırasına qoşuldu

141688
Naxçıvan Avtomobil Zavodunun (NAZ) Çinə sifariş verdiyi avtomobillər Azərbaycandadır.xa0

Bu barədə Modern.az-a “NAZ”x9d-ın icraçı direktoru Musa Abdullayev bildirib.

Onun sözlərinə görə, ilkin olaraq ölkəyə 130 ədəd avtomobil gətirilib:

“Bunlar “320”x9d modelinə aid avtomobillərdir. Artıq avtomobillər sifarişçilərə çatdırılır”x9d.

M.Abdullayevin sözlərinə görə, budəfəki sifarişçilərin arasında Təhsil Nazirliyi, “Xəzər Dəniz Gəmiçiliyi”x9d QSC, qeyri-hökumət təşkilatları var.

Buna qədər “Gəncə Avtomobil Zavodu”x9d, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti”x9d və “Azpetrol”x9d, Dövlət Neft Şirkəti, “Cahan Holding”x9d də “NAZ”x9d alanlar sırasına qoşulub.

Naxçıvan Avtomobil Zavodu hazırda 8 modeldə minik avtomobili istehsal edir.xa0

Bunlar “NAZ-lifan”x9d 720, xa0“NAZ-lifan”x9d 820 (Premium modellər), “NAZ-lifan”x9d 620, “NAZ-lifan”x9d 630 (sedan modellər), “NAZ-lifan”x9d X50 və X60 (SUV), “NAZ-lifan”x9d 320 və 330 (mini) modelləridir.

“NAZ-lifan”x9d 720 (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, “NAZ-lifan”x9d 820 modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO