FHN İranla sərhəddə QƏRARGAH qurdu - FOTO

FHN İranla sərhəddə QƏRARGAH qurdu - FOTO

Hazırda oxunan: FHN İranla sərhəddə QƏRARGAH qurdu - FOTO

141550

Bolqarçay su anbarının yaxınlığlnda qərargah qurulub.

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin 22 nəfərdən ibarət xilasediciləri və 5 nəfərlik sularda xilasetmə dalğıcları Bolqarçay su anbarının (Platina) üstündə qərargah qurublar.

Biləsuvar Rayon İcra Hakimiyyəti və rayonun hüquq - mühafizə orqanlarının rəhbərləri də qurulan qərargahdadır.

Qərargah əsasən müşahidə xarakteri daşıyır.

Artıq İran İslam Respublikası ərazisindən Bolqarçaya 5 kubdan çox suyun Azərbaycan ərazisinə keçdiyi müşahidə olunur.

Müşahidələrə uyğun olaraq yaxın saatlarda görüləcək işlərlə bağlı qərar veriləcək.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO