Tikinti ilə bağlı sənədlərin təqdim edilməsi qaydası SADƏLƏŞDİRİLDİ

Tikinti ilə bağlı sənədlərin təqdim edilməsi qaydası SADƏLƏŞDİRİLDİ

Hazırda oxunan: Tikinti ilə bağlı sənədlərin təqdim edilməsi qaydası SADƏLƏŞDİRİLDİ

141433

Tikinti ilə bağlı sənədlərin təqdim edilməsi qaydası sadələşdirilib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliklə obyektlərin tikintisi ilə bağlı tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilməyəcək.
Layihəyə əsasən, həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadıqda onlar sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunacaq və yaxud sifarişçi tərəfindən təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO