Sabah 32 dərəcə isti OLACAQ - PROQNOZ 

Sabah 32 dərəcə isti OLACAQ - PROQNOZ 

Hazırda oxunan: Sabah 32 dərəcə isti OLACAQ - PROQNOZ 

140568

İyunun 10-na gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO