"Qarabağ müharıbəsi şəhidləri"nin xatirəsinə həsr olunmuş”x9d yarış keçiriləcək

Hazırda oxunan: "Qarabağ müharıbəsi şəhidləri"nin xatirəsinə həsr olunmuş”x9d yarış keçiriləcək

140115


İyunun 19-da Şəki şəhərində "Qarabağ müharıbəsi şəhidləri"nin xatirəsinə həsr olunmuş" Kempo Submission" üzrə Gi-NoGi versiyaları üzrə Respublika turniri keçiriləcək. Azərbaycan Kempo təşkilatının mətbuat xidməti rəhbəri Fuad Rəsulun verdiyi məlumata görə, yarış Şərq Döyüş növləri Federasiyaları şurasının, Şəki şəhər Gənclər və İdman baş idarəsinin və "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu baxımdan gənclər arasında bu cür yarışların təşkili mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, bu tip yarışların keçilməsində əsas məqsəd Kempo idman növünün inkişafına, kempoçuların ustalığının artırılması və təkmilləşdirilməsinə, o cümlədən bölgələrdə yeniyetmə və prespektivli idmançıların aşkar edilməsinə nail olmaqdır. Yarışın sonunda qalib olan idmançılar təşkilatçı qurum tərəfindən fəxri fərman və medallarla təltif olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO