Goranboyda 2 maşın toqquşdu - 4 nəfər xəstəxanalıq oldu

Goranboyda 2 maşın toqquşdu - 4 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Goranboyda 2 maşın toqquşdu - 4 nəfər xəstəxanalıq oldu

139926

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Sarov kəndində hərəkətdə olan  "VAZ" avtomobili digər minik avtomobili ilə  toqquşub.

Qəza nəticəsində 1950-ci il təvəllüdlü Rəhim Əşrəf oğlu Quliyev, 2006-cı il təvəllüdlü Elgün Teymur oğlu Bayramov, 2007-ci il təvəllüdlü Şəhriyar Vüqar oğlu Əhmədov və 2007-ci il təvəllüdlü Zərqəm Ruslan oğlu Məmmədov müxtəlif dərəcəli bədən  xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib,  vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO