Qaxda və Şəkidə ekoloji aksiyalar TƏŞKİL EDİLİB

Hazırda oxunan: Qaxda və Şəkidə ekoloji aksiyalar TƏŞKİL EDİLİB

139891

5 İyun Dünya Ətraf Mühit Günü və ya Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd edilir.

Bununla əlaqədar Şimal-Qərb bölgəsində müxtəlif ekoloji aksiyalar keçirilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.  

Belə ekoloji layihələrdən biri bu gün Qax və Şəki rayonlarında təşkil edilib.

Nazirliyin Regional Ekologiya İdarəsi tərəfindən Qaxda Kürmük çayın yatağı və ətrafı boyunca ərazilər kol-kos və zilbillərdən təmizlənib. Eyni zamanda Şəkidə Kiş çayının sahili boyunca təmizlik-abadlıq işləri aparılıb.  

Regional idarədən verilən məlumata əsasən həyata keçirilən ekoloji tədbirlər, o cümlədən ağacəkmə aksiyaları birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO