Hamilələrə bu işlər QADAĞAN EDİLDİ - QƏRAR 

Hamilələrə bu işlər QADAĞAN EDİLDİ - QƏRAR 

Hazırda oxunan: Hamilələrə bu işlər QADAĞAN EDİLDİ - QƏRAR 

139189

Hamilələrin əməyinin tətbiqi qadağan olunan işlərin siyahısı təsdiq edilib. 

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.  

Qərara əsasən, hamilə və ya bir yaşınadək uşağı olan qadınların əməyi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin və vəzifələrin, habelə yeraltı işlərin adlarının siyahısı müəyyən edilir.  

Qərar ölkə üzrə qadınlarla kişilərin orta aylıq əməkhaqqı səviyyələri arasındakı fərqliliyin aradan qaldırılması məqsədilə qəbul edilmişdir. Beləliklə, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə və iş yeri azaldılaraq, ümumilikdə 204 peşə və iş yeri müəyyən edilir. 
Eyni zamanda qadağan edilən bu peşə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcəkdir. Qərarın qəbulu ilə əmək münasibətlərində qadınların məşğulluq imkanlarının artırılması təmin ediləcək. 

Hamilə qadınlar üçün qadağan olunan iş və peşələrin siyahısı ilə buradan tanış ola bilərsiniz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO