Binəqədi Rayon Prokurorluğunun beynəlxalq axtarışda olan sabiq əməkdaşı Adil Qədirov tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, axtarışda olan şəxs polisin keçirdiyi tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, 2014-cü ildən Binəqədi Rayon Prokurorluğunun sabiq əməkdaşı, 1958-ci il təvəllüdlü Qədirov Adil Rəsul oğlu Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
A. Qədirov Azərbaycanda olmadığından onun tutulması üçün İnterpola müraciət edilib. O, əvvəllər Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:27 / 01.06.2023
Beynəlxalq axtarışda olan sabiq müstəntiq TUTULDU - FOTO
Hazırda oxunan: Beynəlxalq axtarışda olan sabiq müstəntiq TUTULDU - FOTO
Hazırda oxunan: Beynəlxalq axtarışda olan sabiq müstəntiq TUTULDU - FOTO
139177
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.