İsmayıllıda külək məktəbin dam örtüyünü UÇURDU - FOTO  

İsmayıllıda külək məktəbin dam örtüyünü UÇURDU - FOTO  

Hazırda oxunan: İsmayıllıda külək məktəbin dam örtüyünü UÇURDU - FOTO  

139121

Külək İsmayıllıda kənd məktəbinin dam örtüyünü uçurub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, ötən gün axşam saatlarında başlayan güclü külək bir sıra fəsadlara səbəb olub. 

Güclü külək İsmayıllı rayon Qəşən Məmmədov adına Aşıqbayramlı kənd tam orta məktəbin dam örtüyünü qopararaq tamamilə yararsız vəziyyətə salıb. Hadisə gecə saatlarında baş verdiyinə görə müəllim və şagirdlər üçün heç bir təhlükə yaranmayıb.
Hazırda məktəbdə tədris prosesi davam edir. Məktəbin direktoru Yusif Dəmirov Bizim.Media-nın yerli bürosuna bildirib ki, İsmayıllı rayonunda baş verən güclü külək nəticəsində Aşıqbayram kənd tam orta məktəbinin dam örtüyünün xeyli hissəsinin qoparaq düşməsi ilə əlaqədar tərəfimizdən aidiyyatı qurumlara məlumat verilib.

Külək nəticəsində, həmçinin İsmayıllı sakini Mirzəyev Cavanşirə məxsus çardağın dam örtüyü yararsız vəziyyətə düşüb. Rayon icra hakimiyyəti tərəfindən yaradılan komissiya yerlərdə olub.

Hazırda komissiya dəyən zərərin müəyyən edilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görür. Hazırda rayon ərazisində yaranan problemlərin aradan qaldırılması üçün aidiyyatı qrumlar lazım olan istiqamətdə iş fəaliyyətlərini davam etdirirlər. 







Aqil Əsədov, Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO