Qaxda ofisiant işləyən qadın müştərini BIÇAQLADI  

Qaxda ofisiant işləyən qadın müştərini BIÇAQLADI  

Hazırda oxunan: Qaxda ofisiant işləyən qadın müştərini BIÇAQLADI  

139092

Qax sakini ilə ofisiant qadın arasında dava olub. Sadə bir anlaşılmazlıq birinin digərini bıçaqlaması ilə nəticələnib.

Baş verən bıçaqlanma hadisəsini Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiqləyiblər.

İlkin məlumatlara əsasən, rayon sakini Təbriz Qurbanov kafedə ofisiant işləyən tanışı Qəmər Mahmudovanın yanına gələrək onun mobil telefonunu bir neçə dəqiqəliyə götürsə də, gec qaytarıb.

Üzərindən bir neçə saat keçəndən sonra müştəri Təbriz Qurbanov yenidən kafeyə yaxınlaşıb və hələlik bəlli olmayan səbəbdən ofisiant qadınla mübahisə edib. Daha sonra onu döyməyə başlayıb. İki nəfər arasında mübahisə alovlanıb və əsəbləri tarıma çəkilən qadın mətbəxdəki bıçaqla Təbrizə xəsarət yetirib.
Regional qrupdan bildirilib ki, hazırda faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma başlanılıb. Hər iki şəxsin izahatı alınıb, ekspertizalar təyin olunub. Araşdırmaların sonunda hadisənin baş vermə təfərrüatları bəlli olacaq. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO