Goranboyda qəza: İki nəfər xəstəxanalıq oldu

Goranboyda qəza: İki nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Goranboyda qəza: İki nəfər xəstəxanalıq oldu

139030

Goranboy rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil magistralının rayon ərazisindən keçən hissəsində sürücünün idarəetməni itirməsi nəticəsində maşın yol kənarına çırpılıb.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü Şəfa Quluzadə və 1993-cü il təvəllüdlü Novruz Nəcəfov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO