Qəbələdə bir ailənin üç üzvü qəzaya düşdü - 1 ölü, 2 yaralı - VİDEO

Qəbələdə bir ailənin üç üzvü qəzaya düşdü - 1 ölü, 2 yaralı - VİDEO

Hazırda oxunan: Qəbələdə bir ailənin üç üzvü qəzaya düşdü - 1 ölü, 2 yaralı - VİDEO

138834

Qəbələdə bir ailənin üç üzvü qəzaya düşüb. Nəticədə baba ölüb, nənə və nəvə xəstəxanalıq olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələdən keçən hissəsində, Zarağan kəndi ərazisində qeydə alınıb.

Qəzaya düşənlər də elə həmin kəndin sakinləri, bir ailənin üzvləri olub.

Qəzanın baş verməsinə gəldikdə, “Volkswagen” markalı 90 SO 259 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə bir nəfər hadisə yerində vəfat edib, digər iki nəfər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır olaraq qalır. 

Baş verən qəza ilə bağlı araşdırmalar başlanılıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO