Anadolu Universiteti məzunları məzuniyyət həyəcanı yaşayır- FOTO

Anadolu Universiteti məzunları məzuniyyət həyəcanı yaşayır- FOTO

Hazırda oxunan: Anadolu Universiteti məzunları məzuniyyət həyəcanı yaşayır- FOTO

138643
Azərbaycan və Türkiyə hər zaman bir çox layihələrdə  birgə fəaliyyət göstərərək dünya ictimaiyyətinə “Bir millət, iki dövlət”x9d olduğunu şuarla deyil, əyani surətdə əməlləri ilə də sərgiləməkdədir. Elə birgə layihələrdən biri də, Anadolu Universitetinin başlıca hədəfi olan “harda türk varsa, orda Anadolu Universitetinin təhsili olmalıdır”x9d adlı başlatdığı  kompaniyası oldu və bu layihə 2009-cu ildən başlayaraq ildən ilə inkişaf yolu keçərək Azərbaycanda yaşayan Azərbaycan, Türkiyə və digər ölkə vətəndaşlarının da universitetdə distant formada təhsil almaları üçün imkan yaratmışdır.  

Anadolu Universitetinin Azərbaycan  Proqramları layihəsi sayəsində, artıq xaricdə təhsil almaq istəyən gənclər ölkəsini, ailəsini, bir sözlə həyat tərzini dəyişmədən yüksək səviyyəli təhsil alaraq, öz təhsil xəyallarını bu layihə üzərindən gerçəkləşdirirlər.

Anadolu Universiteti Azərbaycan Proqramlarından indiyə qədər bakalavr və subbakalavr pillələri üzrə  7 ildə 700-ə yaxın tələbə məzun olaraq iş həyatına qədəm qoymuşdur.   Bu təhsil ilində də 100-ə yaxın tələbə Azərbaycan Proqramlarından Anadolu Universitetini distant formada oxuyaraq təhsillərini başa vurmuş və məzun olmaq astanasındadırlar.

Anadolu Universitetini Azərbaycan Proqramlarından distant şəkildə təhsil alaraq, bu il yüksəkbilik göstəriciləri ilə  məzun olan bir qrup  məzun tələbələri Eskişehir Anadolu Universitetinin hər il təşkil etdiyi möhtəşəm, izdihamlı “Məzuniyyət Törəni”x9dnə  dəvət alıblar.  Üç gün davam edəcək  proqram (30,31may,01 iyun) çərçivəsində planlaşdırılan “Məzuniyyət Törəni”x9dnə  Azərbaycan Proqramlarından olan  məzunlar tədbirin birinci günü qatılacaqlar. Bu günlərdə Türkiyəyə yola düşəcək olan məzunlar, möhtəşəm “Məzuniyyət Törəni”x9d həyəcanı yaşayacaqları üçün, indidən sevincli və həyəcanlıdılar.










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO