Şüvəlan kəndindəki “McDonald's” təmirdən sonra istifadəyə verildi - FOTO 

Hazırda oxunan: Şüvəlan kəndindəki “McDonald's” təmirdən sonra istifadəyə verildi - FOTO 

138301

Bakının Şüvəlan kəndi, Almas İldırım küçəsi 68 ünvanında yerləşən “McDonalds” restoranı təmirdən sonra qapılarını ziyarətçilərin üzünə açıb. 

Bizim.Media xəbər verir ki, modernləşdirilmiş restoran qida sənayesində ən son texnologiyaların bütün tələblərinə cavab verən avadanlıqlarla təchiz edilmişdir. 

Burada artan tələblə əlaqədar oturacaqların sayı 104-dən 115-ə çatdırılıb və yeni “Alphabet’ interyer dizaynı restoranın qonaqları üçün xüsusi rahatlıq yaradır.


Yenilənmiş “McDonald's” öz qonaqlarına daha yeni formatda “McAuto” xidmətini təklif edir ki, bu da sifarişin qəbulu prosesini sürətləndirir. Belə ki, orada sifarişlər üçün interaktiv köşk yaranıb və ötürmə qabiliyyəti artırılıb.

Restoranda “table service” (“masada xidmət”) xidmətinin göstərilməsinə başlanılıb ki, bu da ziyarətçilərə kassa aparatları və ya interaktiv özünəxidmət köşkləri vasitəsilə etdikləri sifarişləri artıq masa arxasında qəbul etməyə imkan verir.

Hazırda ölkədə 22 restoranı olan aparıcı restoran şəbəkələrindən biri olan “McDonald's”da 2000-dən çox Azərbaycan vətəndaşı çalışır. 


Qeyd edək ki, “McDonald's” yeni iş yerləri yaratmaqla yanaşı, həm də mövcud restoranların modernləşdirilməsinə və yeni restoranların açılmasına sərmayə qoyaraq, yerli istehsalın genişlənməsinə xidmət etməklə, ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir. 

“McDonald's” Azərbaycanın tədarük və logistika, işə götürmə kimi iqtisadiyyatın müxtəlif sektorlarından olan 100-dən çox yerli şirkətlə, eləcə də informasiya texnologiyaları, marketinq və s. şirkətlərlə davamlı əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir.
Bu səmərəli əməkdaşlıq, şübhəsiz ki, bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verir. 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO