Oğuzda QƏZA: Xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Oğuzda QƏZA: Xəsarət alanlar var - FOTO

138295

Oğuzun Padar kəndi ərazisində iki avtomobil toqquşub. Qaraməruyəm- İsmayıllı-Şəki avtomobil yolunun Oğuzdan keçən hissəsində baş verən qəzada iki nəfər xəsarət alıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza avtomobillərdən birinin digərini ötmə zamanı baş verib.  

Belə ki, "VAZ-2107" markalı avtomobil “Mercedes”lə toqquşub. Bu zaman "VAZ-2107"də olan sərnişinlər 62 yaşlı Kəmalə Qaziyeva və  25 yaşlı Şəlalə Rəsullu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralıya ilkin tibbi yardım göstərilib. Müalicələri xəstəxanada davam etdirilir. 

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO